Kukilər məlumatları veb-brauzerlərdə saxlamaq üçün istifadə olunan kiçik mətn fraqmentləridir. Kukilər kompüterlər, telefonlar və digər cihazlarda identifikatorlar və digər məlumatları saxlamaq və qəbul etmək üçün istifadə olunur. Digər texnologiyalar, o cümlədən veb-brauzerinizdə və ya cihazınızda saxladığımız məlumatlar, cihazınızla əlaqəli identifikatorlar və digər proqram təminatı oxşar məqsədlər üçün istifadə olunur. Bu siyasətdə "kukilər" bütün bu texnologiyaları əhatə edir.
Facebook və ya Instagram hesabınız varsa, veb-saytımız və tətbiqlərimiz də daxil olmaqla, Meta Məhsullarından istifadə edirsinizsə və ya Meta Məhsullarından istifadə edən digər veb-sayt və tətbiqlərə daxil olursunuzsa (Bəyən düyməsi daxil olmaqla), kukilərdən istifadə edirik. Kukilər Meta-ya sizə Meta Məhsulları təklif etmək və haqqınızda əldə etdiyimiz məlumatları, o cümlədən qeydiyyatdan keçməyinizdən və ya hesabınıza daxil olub-olmamağınızdan asılı olmayaraq, digər veb-sayt və tətbiqlərdən istifadənizlə bağlı məlumatları anlamaq imkanı verir.
Bu siyasətdə kukilərdən necə istifadə etməyimiz və sizin seçimləriniz izah edilir. Bu siyasətdə başqa hal nəzərdə tutulmayıbsa, kukilər vasitəsilə topladığımız məlumatların emal edilməsi üçün Məxfilik Siyasətini tətbiq edəcəyik.
Kukilərdən nə üçün istifadə edirik?
Kukilər məzmunu fərdiləşdirmək, reklamları tərtib etmək və qiymətləndirmək və daha təhlükəsiz təcrübə təmin etməklə Meta Məhsullarını təqdim etmək, qorumaq və təkmilləşdirməyimizə kömək edir. İstifadə etdiyimiz kukilərə brauzerinizi bağladığınız zaman silinən sessiya kukiləri və müddəti bitənə və ya siz silənə qədər brauzerinizdə qalan davamlı kukilər daxildir. İstifadə etdiyimiz kukilər və onlardan necə istifadə edilməsi Meta Məhsullarını təkmilləşdirdikcə və yenilədikcə zaman keçdikcə dəyişə bildiyinə görə onlardan bir qayda olaraq aşağıdakı məqsədlərlə istifadə edirik:
Aşağıdakılardan istifadə etdiyiniz və ya onlara daxil olduğunuz zaman kukiləri kompüterinizə və ya cihazınıza yerləşdirə və kukilərdə saxlanılan məlumatları əldə edə bilərik:
Meta məhsullarından istifadə edən digər şirkətlər, o cümlədən Meta texnologiyalarını veb-sayt və tətbiqlərinə daxil edən şirkətlər tərəfindən təmin edilən veb-saytlar və tətbiqlər. Meta kukilərdən istifadə edir və bu saytlara və tətbiqlərə daxil olanda məlumat alır. Bura həm də cihaz haqqında məlumatlar və sizdən heç bir əlavə tədbir tələb etmədən fəaliyyətiniz haqqında məlumatlar daxildir. Bu, Facebook və Instagram hesabınızın olmasından və ya hesaba daxil olmağınızdan asılı olmayaraq baş verir.
Digər Şirkətlər Meta Məhsulları ilə əlaqədar kukilərdən istifadə edir?
Bəli, digər şirkətlər bizə reklam, nəticələrin ölçülməsi, marketinq və analitika xidmətləri göstərmək, müəyyən funksiyalar təqdim etmək və xidmətlərimizi sizin üçün təkmilləşdirmək məqsədilə Meta Məhsullarında kukilərdən istifadə edirlər.
Məsələn, digər şirkətlərin kukiləri Meta Məhsullarının reklamlarını uyğunlaşdırmağa, onların performansını və effektivliyini qiymətləndirməyə, marketinq və analitikanı dəstəkləməyə kömək edir. Meta Məhsullarındakı bəzi funksiyalar, məsələn, müəyyən xəritələr, ödəniş və təhlükəsizlik funksiyalarını işlətmək üçün digər şirkətlərin kukilərindən istifadə olunur. Meta Məhsullarında kukilərdən istifadə edən şirkətlər haqqında ətraflı məlumat alın.
Üçüncü tərəf şirkətləri Meta Məhsulları ilə əlaqədar öz saytlarında və tətbiqlərində də kukilərdən istifadə edirlər. Digər şirkətlərin kukilərdən necə istifadə etdiyini anlamaq üçün onların siyasətlərini nəzərdən keçirin.
Məlumatlarınızı necə idarə edə bilərsiniz?
Məzmunu və xidmətləri fərdiləşdirmək və təkmilləşdirmək, daha təhlükəsiz təcrübə təmin etmək və sizə Meta Məhsulları daxilində və ondan kənarda faydalı və uyğun reklamlar göstərmək üçün kukilərdən istifadə edirik. Aşağıda təsvir olunan alətlərdən istifadə etməklə sizə reklam və s. göstərmək üçün məlumatlardan necə istifadə etdiyimizə nəzarət edə bilərsiniz.